Milli Kitabxanada rusiyalı qonaqlarla görüş

 

Rusiya Federasiyasının Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin rəhbəri, kitab mədəniyyəti üzrə tədqiqatçı və bibliofil Mixail Seslavinski, Moskva Şəhər Jurnalistlər İttifaqının sədri, “Moskovski komsomoles” qəzetinin baş redaktoru Pavel Qusev və “Kommersant” nəşriyyat evinin strateji məsələlər üzrə direktoru Viktor Loşak Azərbaycan Milli Kitabxanasında olublar.

Görüşün əsas məqsədi Milli Kitabxananın nadir kitablar fondunda mühafizə edilən qiymətli nəşrlərlə və nadir kolleksiyalarla tanışlıq olub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqlara kitabxananın tarixi, fəaliyyəti haqqında ətraflı məlumat verib. Kitabxananın ayrı-ayrı şöbələri ilə tanış olan qonaqları nadir kitablarkitabxana muzeyi xüsusilə maraqlandırıb. Onlar 15 il əvvəl nadir kitablar fondunun zirzəmidə kiçik bir otaqda yerləşdiyini öz gözləri ilə gördüklərini deyərək hazırda qiymətli kolleksiyaların gözəl şəraiti olan işıqlı otaqlarda mühafizə edilməsindən məmnunluqlarını bildiriblər. Qonaqlara ilk Azərbaycan çap kitabı, habelə kitabxanada saxlanılan XVI əsrə aid ən qədim çap kitabı, miniatür kitab kolleksiyası da nümayiş etdirilib.

Kitab mədəniyyəti üzrə tədqiqatçı və bibliofil Mixail Seslavinskinin yeni çapdan çıxmış kitabının kitabxananın “Yeni kitablar” sərgisində nümayiş olunması müəllifi xüsusilə məmnun edib.

Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazıblar. Sonda direktor Kərim Tahirov qonaqlara Milli Kitabxana, köhnə Bakı, Azərbaycanın tarixibugünü, xalça sənətimizlə bağlı kitab-albomlar, klassikcaz musiqisi disklərini hədiyyə edib.

 

Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 4.