Avstraliya portalında ölkəmizdəki alban məbədləri haqqında məqalə

 

Avstraliyanın www.ancient-origins.net portalında Azərbaycan ərazisindəki alban məbədləri haqqında məqalə yayılıb. Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadənin müəllifi olduğu məqalədə qədim alban dövlətinin tarixi ərazisi barədə məlumat verilir. Albanların özlərinə məxsus zəngin mədəniyyət yaratdıqları diqqətə çatdırılır. Müəllif alban dövrü abidələrinin əksəriyyətinin Azərbaycanın bir çox ərazilərində öz ümumi formalarını qoruyaraq dövrümüzə qədər gəlib çatdığını vurğulayır. Yazıda Azərbaycanın işğal olunmuş ərazilərindəki alban məbədləri haqqında da məlumat verilir.

 

Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 4.