Ölkəmizin turizm imkanları Nyu-Yorkda nümayiş olunub

 

23-25 yanvar tarixində ABŞ-ın Nyu-York şəhərində "New York Times Travel Show 2015" beynəlxalq turizm sərgisi keçirilib. Sərgidə Mədəniyyət Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edib. Heyətdə nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi Günel Aslanova Planlaşdırma inkişaf sektorunun məsləhətçisi Cavid Abdullayev yer alıb. Sərgidə "Spektr travel", "Pasha travel", "SW travel", "Regea travel", "Geo travel", "Turizm.az", "The Tour" şirkətləri, "Gallery hotel" AZAL da təmsil olunub.

Sərgidə turizm imkanlarımız 30 kvadratmetrlik stenddə nümayiş etdirilib. Stendimizi ziyarət edənlərə ingilis dilində 17 adda buklet, broşür, bələdçi kitabı jurnallar təqdim olunub.

Mədəniyyət Turizm Nazirliyi yerli turizm şirkətləri artıq üçüncü (2007, 2013, 2015) dəfədir ki, "New York Times Travel Show" beynəlxalq turizm sərgisində iştirak edir. Bu il sərgiyə 150 ölkədən 500-ə yaxın şirkət mehmanxana qatılıb.

 

Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 3.