Mərakeş universitetində Azərbaycan dili və mədəniyyətinin tədrisi

 

Mərakeşin paytaxtı Rabat şəhərindəki V Məhəmməd Universitetinin ədəbiyyat və humanitar fənlər fakültəsinin nəzdində Azərbaycan dili, sivilizasiyası və mədəniyyəti üzrə tədris proqramının təqdimatı olub. Layihə Bakı Dövlət Universiteti ilə V Məhəmməd Universiteti arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində həyata keçiriləcək. Azərbaycan dili və mədəniyyətinin tədrisi ərəb dünyasında ilk dəfə təşkil edilir. Magistraturadoktorantura pillələrində təhsil alan tələbələrin iştirak edəcəyi tədris proqramı Azərbaycan mədəniyyətinin xaricdə təbliğinə mühüm töhfə verəcək.

 

Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 2.