Arşınmalçı, mal gətir...

 

Özbəkistan Milli Dram Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz operettası əsasında konsert-tamaşa nümayiş olunub

 

Yanvarın 26-da Özbəkistan Milli Dram Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alanmusiqili komediyası əsasında hazırlanan konsert-tamaşa təqdim olunub. Ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanan konsert-tamaşanın bədii rəhbər və dirijoru Özbəkistanın Əməkdar incəsənət xadimi, professor Firuza Abdurahmanovadır.

Tamaşadan öncə çıxış edən Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dost ölkə teatrının təşəbbüsünü yüksək qiymətləndirib, Azərbaycan mədəniyyətinə Özbəkistanda böyük maraq olduğunu məmnunluqla qeyd edib. O, iki ölkə arasında mədəni əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq gələcəkdə də bu cür layihələrə dəstək veriləcəyini bildirib.

SonraArşın mal alankonsert-tamaşası nümayiş olunub. Musiqi nömrələrini beynəlxalq müsabiqələr laureatıQolden Trophuansamblı Soqdianaxalq çalğı alətləri kamera orkestri ifa edib. Konsert-tamaşada operettadan ariya, duet mahnılar, xor nömrələri ifa edilib. Əsgərin Gülçöhrənin ariyalarını beynəlxalq müsabiqələr laureatları Rüstəm Alimardanov Masuma Boltabaeva səsləndiriblər. Konsert-tamaşa alqışlarla qarşılanıb.

Sonda bədii rəhbər Firuza Abdurahmanova çıxış edərək bu unudulmaz əsər əsasında konsert-tamaşanın hazırlanmasına verilən dəstəyə görə səfirliyimizə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Qeyd edək ki, "Arşın mal alan" tamaşası Özbəkistanda çox populyardır. Üzeyir Hacıbəylinin bu əsərinə dəfələrlə özbək rus dillərində səhnə həyatı verilib. Əsər Daşkənddəki Opera Teatrında dəfələrlə tamaşaya qoyulub.

"Arşın mal alan" filmi özbək dilinə dublyaj olunub televiziya kanallarında tez-tez nümayiş olunur.

 

Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 16.