Dünya xalqlarının mahnıları”

 

Azərbaycan musiqisi Fransanın üç böyük şəhərində səsləndirilib

 

Fransanın tanınmış “Utopik” ansamblı “Dünya xalqlarının mahnıları” silsiləsindən yeni layihəni həyata keçirib. Bu dəfə “Utopiköz layihəsinə iki fransız, bir meksikalı bəstəkarla yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadəni də cəlb edib.

 

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, Firəngiz Əlizadə “Bu dağda maral gəzər” xalq mahnısını sözügedən layihə üçün yeni aspektdə təqdim edib. Soprano və 10 nəfərlik ansambl üçün yazılan kompozisiya fortepianonun virtuoz kadensiyası və dramatik kulminasiyası ilə məşhur mahnının sətiraltı məzmununa əlavə çalarlar qatır. Layihənin solisti lüksemburqlu müğənni Laura DelkampeUtopikin 4 yeni mahnısı ilə yanaşı, L.Berionun silsiləsindən 3 mahnını da ifa edib.

Ansamblın konsertləri Fransanın Marsel, Lion Nant konservatoriyalarında keçirilib. Konsertlərdən öncə bəstəkarların tələbələrlə görüşləri, həmçinin ustad dərsləri təşkil edilib.

Utopikansamblının yekun konserti isə Nant şəhərinin əzəmətliGraslin” Opera Teatrında keçirilib.

Qeyd edək ki, konsert salonunda Firəngiz Əlizadənin “Yapon poeziyasından” vokal-silsilə, həmçinin “Habilsayağı” və “Oyan!” əsərləri də ansamblın solistlərinin ifasında səsləndirilib. Beləliklə, “Dünya xalqlarının mahnıları” layihəsi çərçivəsində Azərbaycan musiqisi Fransanın üç böyük şəhərində fransız musiqisevərlərin ürəyinə yol tapıb.

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 11.