Aydın Kazımzadənin yubileyi qeyd edilib

 

Yanvarın 27-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında milli kino sənətimizin görkəmli tədqiqatçısı, kino salnaməmizin öyrənilməsinə böyük töhfələr vermiş Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin 75 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə kinostudiyanın direktoru Müşfiq Hətəmov çıxış edərək yubilyara təbriklərini çatdırıb. Qeyd edib ki, Aydın Kazımzadə kino tədqiqatçısı olmaqla yanaşı, həm də gözəl pedaqoqdur. Direktor Aydın Kazımzadənin Azərbaycan kino tarixinin tədqiq olunmasında rolundan söz açaraq onun zəhmətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyev, Əməkdar artist Ənvər Həsənov və digər çıxış edənlər də yubilyara ən səmimi arzularını bildirib, ona cansağlığı, gələcək işlərində uğurlar diləyiblər.

 

Lalə

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 7.