Avropa Oyunlarının qonaqlarına mədəniyyətimizi layiqincə təqdim edəcəyik

 

Bu il ölkəmizin həyatında ən mühüm hadisə, sözsüz ki, I Avropa Oyunları olacaq. İlk dəfə təşkil edilən Avropa Oyunlarına ölkəmizin ev sahibliyi etməsi mühüm nailiyyət, ölkəmizin böyük uğuru olmaqla bərabər, həm də ciddi məsuliyyətdir.

 

Böyük idman bayramına gerisayım davam edir. Oyunlara hazırlıqla bağlı müvafiq dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilir.

I Avropa Oyunlarının zəngin mədəni proqramı da olacaq. Oyunlarla bağlı ölkəmizə səfər edəcək xarici qonaqlara Azərbaycan mədəniyyəti incəsənətini tanıtmaq məqsədilə bir sıra layihələr nəzərdə tutulub. Mədəni proqramlarda Bakıdakı uşaq incəsənət musiqi məktəblərinin kollektivləri yaxından iştirak edəcək.

Aparılan hazırlıq işləri barədə məlumat almaq üçün Mədəniyyət Turizm Nazirliyi Elm, təhsil gənclərlə şöbəsinin müdiri Yaşar Əliyevlə həmsöhbət olduq. Şöbə müdiri bildirdi ki, ilk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi kimi tarixi bir qərarın qəbul edilməsində, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb: “Çünki zaman göstərdi ki, bizim artıq beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəmiz var. Azərbaycanda bu günə kimi bir sıra dünya Avropa çempionatları keçirilmişdir. Bundan əlavə, bütün dünyaya səs salan “Eurovision” mahnı yarışmasının, Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi şəhərimizin qonaqlarına Azərbaycan xalqının qonaqpərvərliyini hiss etdirmiş ölkəmizdə gedən inkişaf prosesini izləmələrinə şərait yaratmışdır”.

 

Avropa Oyunlarına incəsənət töhfəsi

 

Şöbə müdiri Avropa Oyunlarının mədəni proqramı ilə bağlı uşaq musiqi incəsənət məktəblərinin hazırlıq işlərinin davam etdirildiyini bildirdi: “Tədbirlər sırasında məktəblərin ayrı-ayrı kollektivlərinin, orkestr, xor, instrumental üzrə ansamblların çıxışları nəzərdə tutulub. Təkcə konsert salonlarında deyil, həmçinin açıq havada - Milli Parkda, Fəvvarələr meydanında, Qız qalasının qarşısında, həmçinin paytaxtın mərkəzində məktəblərin qarşısında, Sahil bağında konsert proqramları təqdim ediləcək. Bütün bunlar təklif şəklində baxılmaq üçün “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinə təqdim edilib. Biz bu mədəni proqramın həyata keçirilməsinə tam hazırıq. Bakıdakı uşaq incəsənət musiqi məktəblərinin kollektivləri ilə görüşüb bu istiqamətdə müəyyən tapşırıqlar vermişik. Bu işdə Bakı Şəhər Mədəniyyət Turizm İdarəsi bizimlə birgə səylərini əsirgəmir. Onu da qeyd edim ki, xor təmayüllü C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbi bizə hazır proqram şəklində bir disk təqdim edib. Azərbaycan xalq estrada mahnıları, klassik əsərlər 3-4 yaş dərəcəsinə görə yazılaraq bu diskdə əksini tapıb. Bundan əlavə, Bakı Xoreoqrafiya Akademiyasının nəzdində fəaliyyət göstərən Bakı Xoreoqrafiya Məktəbinin 86 nəfər yuxarı kurs tələbəsi Avropa Oyunlarının həm açılış, həm bağlanış mərasimində iştirak edəcək. Milli xalq rəqsləri klassik baletin nömrələrinin nümayiş etdirilməsində Gimnastika Mərkəzi ilə yanaşı, Xoreoqrafiya Akademiyasının da iştirakı nəzərdə tutulub. Hazırda məşqlər davam etdirilir. Bir sözlə, məqsədimiz Azərbaycana gələn qonaqların asudə vaxtını səmərəli təşkil etmək, paytaxtımızı, ölkəmizin görməli yerlərini, mədəniyyətimizi, milli dəyərlərimizi, mədəni irsimizi təbliğ etməkdir. Qoy bütün dünya görsün ki, Azərbaycan sivil, tolerant, sülhsevər dövlətdir”.

 

Yaradıcı gənclərlə

 

2 Fevral - Gənclər Günü ilə əlaqədar hər il Mədəniyyət Turizm Nazirliyi tərəfindən müxtəlif tədbirlərin keçirildiyini deyən şöbə müdiri bu il çeşidli proqramların təşkil ediləcəyini qeyd etdi: “Nazirliyin İncəsənət şöbəsinin nəzdində fəaliyyət göstərən Gənclərlə sektoru artıq bu ildən yeni struktura - Elm təhsil şöbəsinə daxil edilib. Bu günə qədər uşaq yeniyetmələrin istedadı inkişafı ilə məşğul idiksə, hazırda gənclərlə işləmək məsuliyyətimizi daha da artırır. Düşünürəm ki, işimizi yaradıcı gənclərlə düzgün qurmaqda çətinliyimiz olmayacaq. Həmişə olduğu kimi, daim onlarla təmasda olacağıq. Bu günə qədər Azərbaycan Turizm Menecment Universiteti Mingəçevir Turizm Kollecinin tələbələri ilə maraqlı layihələrdə iştirak etmişik. Musiqi, rəssamlıq, kino, teatr s. sahələrdə fəaliyyət göstərən gənclərlə aparmaq üçün isə, təbii ki, İncəsənət şöbəsinin təcrübəsindən yararlanacağıq.

Azərbaycan gəncliyi ümidverici gənclikdir. Geniş dünyagörüşünə, təfəkkürə, parlaq zəkaya, malik gənclərimiz çoxdur. Bu da ümumilikdə respublikanın gənclər siyasətinin prioritet istiqamətinin nəticəsidir. Bu günlərdə Prezident İlham Əliyev gənclərin intellektual, fiziki mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Düşünürəm ki, bundan sonra biz gənclərlə işimizi məhz həmin strategiyanın bəndlərinə uyğun qurmalıyıq. Bu sənəd həm bizim gələcək 10 il üçün fəaliyyət planımızdır. Bunun nəticəsində işimizi səmərəli qurmağa borcluyuq.

Bir daha qeyd etmək istərdim ki, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlər hər zaman uğurla keçirilmişdir. Əminəm ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcək, nazirliyimizin strukturları onlara həvalə edilən işin öhdəsindən bacarıqla gələcəklər”.

 

L.Azəri

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 7.