Bakıda Qazaxıstan orkestrinin konserti

 

Yanvarın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qazaxıstanın Mangistau vilayət filarmoniyası orkestrinin (Aktau şəhəri) konserti olub.

Mangistau vilayət filarmoniyasının yubileyinə həsr edilmiş qastrollar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, habelə Mangistau vilayət icra hakimiyyətinin dəstəyi ilə keçirilir.

60 musiqiçinin daxil olduğu orkestrin konsertində qazax xalq musiqisi, Azərbaycan və Qazaxıstan bəstəkarlarının, habelə dünya klassiklərinin əsərləri səslənib.

Konsertin təşkilatçıları əmin olduqlarını bildiriblər ki, bu cür tədbirlər iki ölkə arasında mədəni əlaqələrin inkişafına, qardaş xalqların incəsənətinin təbliğinə şərait yaradır.

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 5.