Konqreslər Bürosunun sıraları genişlənir

 

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosunun üzvlərinin sayı artmaqda davam edir.

Ölkənin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən qurumun üzvləri sırasına "Tanay Baku" şirkəti də qoşulub.

Mehmanxanaların kosmetik məhsullarla təminatı sahəsində fəaliyyət göstərən "Tanay Baku" şirkəti Büroya tərəfdaş kimi üzv olub.

"Sadi Tanay Collection" brendi 2008-ci ildə İstanbul şəhərində təsis edilib. Dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərən "Tanay" hazırda bir dünya brendidir. Şirkətin əsas prinsipləri qənaətli həllərin tapılması, fərdi dizayn qabiliyyəti, dəqiq vaxtında çatdırılma eyni zamanda etibarlılıq davamlılıqdır. 2008-ci ildə ISO 9001-2000, ISO 10002 (Müştəri Məmnuniyyəti Sertifikatı), 2012-ci ildə ISO 22716 GMP (Yaxşı İstehsalat Təcrübəsi) ilə mükafatlandırılıb.

Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə məhz Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkənin beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliği daxildir. Büronun üzvlərinin sayı 22-yə çatıb.

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 5.