Muzey işinin təşkilində beynəlxalq təcrübə

 

Qobustan Milli Tarixi-Bədii Qoruğunda muzey işinin təşkilində beynəlxalq təcrübənin tətbiqi mövzusunda seminar keçirilib. Seminarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Bakı Slavyan universitetlərinin tələbə və müəllimləri iştirak ediblər.

Tədbir iştirakçılarına Qobustan muzeyi və abidələri ilə tanışlıqdan sonra qoruğun fəaliyyətini və beynəlxalq əlaqələrini əks etdirən təqdimatlar nümayiş etdirilib.

“Qobustanın arxeoloji irsi dünya mədəni irsi kontekstində” adlı təqdimatla çıxış edən qoruğun direktoru Məlahət Fərəcova UNESCO Dünya İrsi anlayışı və Qobustan qoruğunun beynəlxalq əlaqələri haqqında məlumat verib.

Qoruğun əməkdaşları Rəhman AbdullayevQayaüstü incəsənət üzrə ixtisaslaşmış muzeylərin prinsipi”, Elnarə Adıgözəlzadə “UNESCO konvensiyalarının muzey işinin təşkilində rolu”, Səid RzayevBolqar şəhərinin tarixiarxeoloji kompleksi” mövzularında təqdimatlarla çıxış ediblər.

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 3.