Şahdağdünya miqyaslı qış turizmi mərkəzinə çevrilir

 

Kompleksdə dünya brendli yeni hotelin, əlavə kanat yolu və xizək enişinin açılışı keçirilib

 

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olublar.

 

Dövlət başçısı və xanımı “Park Chalet Shahdaghotelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.

Şahdağkompleksi dünyadakı bu tipli turizm mərkəzlərindən universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin təməli 2009-cu ildə qoyulub, 2012-ci ilin dekabrında Azərbaycan Prezidentinin iştirakı ilə birinci mərhələnin açılışı keçirilib.

Şahdağ” qış-yay turizm kompleksi Azərbaycanda ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılır. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub. Layihənin həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub. Tikintiyə nəzarəti isə nazirliyin tabeliyində olanŞahdağ” qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir.

Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən kompleksin ərazisi 2058 hektardır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır. Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olanŞahdağ” qış-yay turizm kompleksində inşa edilən hotellər bu istirahət məkanına marağı daha da artırır. Əzəmətli dağlarla əhatə olunanPark Chalet Shahdag” hotelində 164 eleqant qonaq otağı var. Hotelin baş meneceri Stüart De San Nikolas məlumat verib ki, bu, yeni yaradılanAbsheron Hotel Group” şirkətinin ikinci hotelidir. İlk hotel olanPik Palace Şahdağ” 2013-cü ilin dekabrında istifadəyə verilib. “Park Chalet” hotelinin dizaynı ənənəvi Avropa üslubundan ilhamlanaraq, ABŞ-da Aspen xizək stilli hotellərin üslubunu da özündə əks etdirir. “Park Chalet” hoteli “Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv müstəqil lüks hotel kurortların cəmləşdiyi “Autograph Collection”un rəsmi üzvüdür. Bu qrupa namizəd hotellər beynəlxalq standartlara cavab verməsi, yerləşdiyi ərazi, orijinallığı digər spesifik xüsusiyyətləri ilə seçilir.

Dövlət başçısı xanımı hotelin nömrələri ilə tanış olublar. Müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir yüksək dizaynı ilə seçilir. Hoteldə müasir restoranlar şəbəkəsi fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan dünya mətbəxinin nümunələri təqdim olunacaq. Restoranlar, barlar istirahət guşələri dağlarda zövqlə nahar etmək üçün nadir vəhdət yaradır. Qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Burada quraşdırılan müxtəlif trenajorlar, müasir idman avadanlığı hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır. “Park Chalet”də tam təchizatlı fitnes SPA mərkəzləri, 20 metrlik qapalı hovuz qonaqlarını gözləyir.

Hotellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşüb.

Dövlət başçısına məlumat verilib ki, hoteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib əksəriyyətini yerli kadrlar təşkil edir.

Sonra Prezident İlham Əliyev xanımı Mehriban ƏliyevaŞahdağqış-yay turizm kompleksinin 1 nömrəli kanat xizək enişinin açılışında iştirak ediblər.

Bildirilib ki, kompleksdə inşası nəzərdə tutulan 9 kanat yolundan 7-si artıq hazırdır. Bundan başqa, ümumi uzunluğu 5860 metr olan 4 “xalça cığırı ümumi uzunluğu 12 min 430 metr olan 11 dağ-xizək enişi inşa olunub. Sahəsi 41,5 hektar olan enişlərin süni qarlaşdırma sistemi yaradılıb.

Dövlət başçısı 1 nömrəli kanat yolunu işə salıb. Prezident xanımı kanat yolunu sınaqdan keçiriblər.

Qeyd edək ki, kanat yollarının çəkilişi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır bu işi böyük təcrübəsi olan Avstriya şirkəti həyata keçirir.

Beləliklə, “Şahdağqış-yay turizm kurortu qonaqlara il boyu idman əyləncə növləri təklif edir. Burada hər yaş kateqoriyasından olan insanlara müxtəlif yay əyləncələri təklif ediləcək. Böyük qolf sahəsinin, aqvaparkların tikilməsi planlaşdırılıb.

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 2.