UNESCO-da Novruz ziyafəti

On ölkənin nümayəndəliyinin iştirakı ilə bayram tədbiri keçirilib

 

Xəbər verdiyimiz kimi, 2009-cu ildən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan, 2010-cu ildə isə BMT-də beynəlxalq bayram statusu alan Novruz bu ilAvropaAmerikada çeşidli təntənələrlə qeyd edilib. Birləşmiş Ştatlarda TÜRKSOY-un təşəbbüsü və 15-dək türkdilli ölkə və diyarın sənətçilərinin iştirakı ilə keçirilən Novruz tədbirləri aprelin 1-də Vaşinqtondakı “Uorner Teatrı”nda möhtəşəm konsertlə yekunlaşacaq.

Bu arada Parisdə, UNESCO-nun mənzil-qərargahında da Novruz bayramına həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyi ilə birgə Əfqanıstan, İran, İraq, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Hindistan və Pakistanın bu təşkilatdakı daimi nümayəndəlikləri tərəfindən təşkil edilib.

Tədbirin açılış mərasimində təşkilat komitəsinin rəhbəri qismində İranın UNESCO yanındakı daimi nümayəndəsi Ə.Calali çıxış edərək, Novruzun mənəvi əhəmiyyətindən danışıb.

UNESCO-nun baş direktorunun sosialhumanitar elmlər üzrə müavini N.Al-Naşif çıxışında Novruzu bəşəriyyət üçün önəmli bayramlardan biri kimi səciyyələndirib və UNESCO-da on ölkənin bu tədbiri birgə təşkil etməsinin əməkdaşlıq nümunəsi olduğunu vurğulayıb.

Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyi də bayram tədbirində fəal iştirak edib. Qonaqlara ölkəmizdə Novruz bayramının keçirilməsi ənənələri haqqında məlumat verilib və ziyafətdə milli təamlarımız təqdim edilib.

 

Mədəniyyət.- 2016.- 1 aprel.- S. 16.