Oğul” kitabı oxuculara təqdim olunub

 

“XAN” nəşriyyatında şairə-publisist, Yazıçılar Birliyinin üzvü Zərəngiz Dəmirçi Qayalının “Oğul” kitabı çapdan çıxıb.

Kitabda müəllifin son dövrlərdə yazdığı “Qurtuluş savaşı - Çanaqqala”, “Kazım Qarabəkir Paşa”, şəhid Fariz Bədəlova həsr edilmiş balladaları, şəhid Elgün İsmayılov haqqında “Oğul” poeması, elegiya və şeirləri yer alıb.

Müxtəlif mövzulu 70-dən çox şeirdə şairənin yaşantıları, həyata, insanlara, dünyaya, doğma yurda sevgisi əksini tapıb. Nəşrin “Fəxrimiz, sərvətimiz olan uşaqlar üçün” bölməsində gələcəyimiz olan uşaqlara həsr edilmiş əsərlər yer alıb.

 

Mədəniyyət.-  2016.- 1 aprel.- S. 15.