Kino sevgisi faydalı işə çevriləndə...

 

“13 mindən çox ekran əsərinin videosunu toplamışam”

 

Müxtəlif peşə sahibləri olan soydaşlarımızın mədəniyyət, incəsənətlə bağlı maraqlı hobbiləri var. Vüsal Ağayevinsevimli məşğuliyyəti filmlərimizin elektron arxivini yaratmaqla bağlıdır. 13 ildir bu işə vaxt ayırır. Məqsədi Azərbaycan kinosunu təbliğ etməkdir.

 

- Sizdə kinoya bu qədər sevgi haradandır? Haçandan filmləri arxivləşdirməyə başlamısınız?

- İxtisasca hüquqşünasam, polis zabitiyəm. Kinoya sevgimi sözlə ifadə etmək çətindir. Azərbaycan kinosunda unudulmağa layiq olmayan çoxlu ekran əsərlərimiz var ki, geniş tamaşaçı kütləsinə onları tanıtmaq lazımdır. 2003-cü ildən bu işlə məşğulam. Filmlər telekanallarda yayımlanan zaman onların üzünü köçürür, həm müxtəlif yollarla əldə edirəm. Necə deyərlər, axtaran tapar.

- Filmləri toplamaqda insanlar sizə yardımçı olurlarmı? Filmləri hansısa televiziyadan əldə etmək istəyiniz olubmu?

- Bu işdə mənə yardımçı olan insanlar da var. Bu, xalqımızla bağlı işdir, milli mədəniyyətimizin təbliğidir. Onlara öz təşəkkürümü bildirirəm. Televiziyalardan da qarşılıqlı qarşılıqsız yardım edənlər tapılıb. Yəni məndəki filmlər onlara, onlardakı filmlər mənə lazım olur. Birbaşa müəlliflərdən çoxlu filmlər əldə etmişəm.

- İndiyə kimi qədər film toplamısınız?

- Məndə 13 mindən çox video var. Bunların 1100-dən çoxu tammetrajlı qısametrajlı bədii filmlərdir. Həmçinin bu sıraya seriallar, televiziya tamaşaları, "Mozalan" süjetləri, cizgi filmləri, sənədli filmlər, teatr tamaşalarının videosu, eləcə hazırladığım 100-dən çox kino çarxları 3000-dən çox Azərbaycan dilində xarici filmlər daxildir.

Bir il öncə www.azerikino.com saytını yaratdım. Saytda 6800-dən çox səhifə var. Hər səhifə bir filmə aiddir. Saytla bağlı görüləsi işlər çoxdur. Hər şeyi sistemli şəkildə qurmağa çalışırıq ki, izləyicilər istədiklərini saytdan asanlıqla tapa bilsinlər.

Vaxtilə vikipediyada kino şəxsiyyətləri ilə bağlı yüzlərlə məqalə yerləşdirmişəm. Film həvəskarları onlardan da yararlana bilərlər.

- Filmləri yerləşdirmək üçün yəqin müxtəlif portallarda hesablarınız var?

- Filmlərin hamısı hazırda www.myvideo.az saytındakı hesabımdadır. Bir il öncə www.youtube.com video portalında yeni 2 kanal yaratdım. Təəssüf, həmin kanalların ömrü 3 ay oldu. Açıb-ağartmadan demək istəyirəm ki, bu müddətdə işimə çox maneələr olub.

- Azərbaycan dilinə dublyaj olunan xarici filmləri təbliğ edirsiniz...

- Məqsədim saytı istifadəçilər üçün dolğun bir qaynağa çevirməkdir. İnanıram ki, buradan hansısa xarici filmi axtaran Azərbaycan kinosunu da özü üçün kəşf edəcək. Yəni xarici filmlərdən bir vasitə kimi istifadə edirəm. Təəssüf ki, öz filmlərimizə maraq azalıb.

- Qarşıda hansı işləriniz var?

- Sayta 2000-ə yaxın sənədli filmin səhifəsi videoları yerləşdirilməlidir. Bundan sonra sənədli kinojurnal teatr tamaşaları gələcək. Məqsədim kinomuz haqqında sanballı bir internet resursu yaratmaqdır. Eyni zamanda vikipediyada vaxtilə yaratdığım film məqalələrinin hamısını sayta köçürmək fikrim var. Həmçinin Azərbaycan kino musiqisinin MP3 video arxivini təkmilləşdirmək fikrim var, sayta daxil olan şəxs istədiyi kino musiqisini tapa bilsin. İnanıram ki, sayt uzunömürlü olacaq. Dəyər verən yardımçı olan hər kəsə sayğımı bildirirəm.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 1 aprel.- S. 11.