Türkdilli ölkələrin turoperatorlar konsorsiumu yaradılır

 

Qazaxıstanın Şımkənd şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin (Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan) turizm şirkətləri nümayəndələrinin iştirakı ilə turizm üzrə işçi qrupunun yekun, 7-ci iclası keçirilib.

İclasdaMüasir İpək Yoluvahid turizm məhsulunun yaradılması proqramı və onun beynəlxalq turizm bazarında satışı müzakirə edilib, beynəlxalq aviadaşımalar nəzərə alınmaqla vahid turizm məhsulunun müfəssəl proqramının təqdimatı keçirilib.

Şuranın Katibliyi tərəfindən “Müasir İpək Yoluvahid turizm məhsulunun marketinq strategiyasının yol xəritəsi təqdim edilib. İştirakçı ölkələrə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrində servis keyfiyyətinin təkmilləşdirilməsinə dair hazırladığı proqram barədə məlumat verilib.

İclasın sonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin turoperatorları arasında konsorsiumun yaradılması haqqında memorandum imzalanıb.

 

Mədəniyyət.- 2016.- 1 aprel.- S. 9.