“YAY” qalereyası Parisdə müasir incəsənət yarmarkasında

 

Parisdə “Grand Palais”də nüfuzluçox sevilən “Art Paris Art Fair” sərgi-yarmarkası martın 31-də müasir incəsənət ustalarına və ziyarətçilərə qapılarını yenidən açıb.

Aprelin 3-dək davam edəcək yarmarkada 20-dək ölkəni təmsil edən 140-dan çox qalereya iştirak edir. Azərbaycan, Kolumbiyaİran bu sərgi-yarmarkada ilk dəfə təmsil olunur. Ölkəmizi tədbirdə “YAY” qalereyası (“YAY Gallery”) təmsil edir.

“YAY Gallerybeş ildən az bir müddətdə fəaliyyətə başlayan perspektivli qalereyalara həsr edilmişPromesses” sektorundakı G stendində ölkəmizin müasir incəsənət nümayəndələrinin əsərlərini nümayiş etdirəcək.

Yarmarka müddətində hər axşamGrand Palaisin fasadında rəqəmsal incəsənət əsərləri təqdim olunacaq.

 

Mədəniyyət.- 2016.- 1 aprel.- S. 8.