Unudulmayan tarix, unudulmayan faciə

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə “Unudulmayan tarix, unudulmayan faciə” mövzusunda tədbir keçirilib.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, əməkdaşları Tamella Məmmədova, Yeganə Sadıqlı, Vüsalə Yusifova, Mehriban Abbasova, Təranə Mehdizadə, Xəyalə Məmmədova çıxış edərək 1918-ci ilin mart hadisələrindən, erməni daşnakbolşevik dəstələrinin Bakıda, digər bölgələrdə azərbaycanlı, türk-müsəlman əhaliyə qarşı həyata keçirdikləri qırğınlardan danışıblar. Qeyd olunub ki, həmin qırğınlar Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla müşayiət olunub.

Tədbirdə soyqırımı tarixini əks etdirən slaydlar nümayiş etdirilib. Sonda “Soyqırımı, genosid” adlı kitab sərgisinə baxış keçirilib.

 

Mədəniyyət.- 2016.- 1 aprel.- S. 6.