Böyük musiqiçilər həm də böyük dost idilər

 

Martın 29-da LeopoldMstislav Rostropoviçlərin ev-muzeyində böyük rus bəstəkarlarının yubileylərinə - Sergey Prokofyevin 125 illiyinə və Dmitri Şostakoviçin 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

Görkəmli musiqiçilərin həyat və yaradıcılığından söz açan muzeyin direktoru Şeyla Heydərova M.Rostropoviç, S.ProkofyevD.Şostakoviçin dostluq və yaradıcılıq əlaqələrinə toxunub. Bildirib ki, M.Rostropoviçin bir musiqiçi kimi yetişməsində S.Prokofyev böyük rol oynayıb.

Sonra beynəlxalq və respublika müsabiqələrinin laureatları - Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirmələri və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə böyük musiqiçilərin həyat və yaradıcılığını əks etdirən slayd-şou, muzeyin fondundan sənədli filmnadir eksponatların sərgisi nümayiş olunub.

 

Mədəniyyət.- 2016.- 1 aprel.- S. 4.