Tarix xatırlanır”

Martın 31-də Qazax Dövlət Rəsm Qalereyasında “Tarix xatırlanır” adlı tədbir təşkil olunub. Qalereyanın direktoru Münəvvər Xəlilova giriş sözündə 1918-ci ilin mart qırğınları barədə danışıb. Bildirib ki, həmin qırğınların acı statistikası bu bəşəri cinayət haqqında kifayət qədər aydın məlumat verir. Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda on minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, öz torpaqlarından qovulub. Bu acı tarix qan yaddaşımızla bərabər sənət əsərlərində, rəsmlərdə də yaşayır. Təqdim olunan sərgi də yaddaşımızın bədii təcəssümüdür.

Sonra sərgiyə baxış keçirilib.

 

Mədəniyyət.- 2016.- 1 aprel.- S. 2.