"Baku Guide" bələdçi kataloqunun  aprel  sayında

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun 2016-cı il aprel sayı çapdan çıxıb.

 

Azərbaycan, rusingilis dillərində hazırlanan nəşrin bu sayında 25-27 aprel tarixlərində Bakının ev sahibliyi edəcəyi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı materiallara xüsusi yer ayrılıb. Kataloqda Qlobal Forum, onun əhəmiyyəti haqqında ətraflı informasiya, beynəlxalq tədbir günlərində paytaxtın teatrkonsert müəssislərində, muzeylərdə keçiriləcək tamaşa, konsert və sərgilərin ayrıca proqram və afişası təqdim olunur.

Bələdçi kataloqunda 7-9 aprel tarixində paytaxtımızda 15-ci dəfə təşkil olunacaq Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisi (AİTF 2016) haqqında da dolğun məlumat verilir.

Azərbaycan dünya turizminin inkişaf etməkdə olan bir parçasıdır”. Bu fikri isə mart ayında Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin Bakıda keçirilən toplantısında iştirak etmiş Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bələdçi kataloquna müsahibəsində deyib. O, dünya Azərbaycanda turizmin inkişaf perspektivləri, risklər imkanlar barədə mülahizələrini nəşrlə bölüşüb.

Novruz bayramı ərəfəsində Bakıya gəlmiş əcnəbi qonaqların təəssüratlarına da kataloqda yer verilib. Bundan əlavə, iyun ayında baş tutacaq “Formula 1” üzrə Avropa Qran-pri yarışmasının rəsmi elçisi, iki dəfə dünya çempionu Fernando AlonsonunBakı şəhər halqasıtreki şəhərimiz barədə fikirləri ilə tanış olmaq olar.

 

 

 

İl boyu sağlamlığının qeydinə qalmaq, istirahətlə sağlam həyat tərzini birləşdirmək istəyənlərAzərbaycanda müalicə turizmiyazısını oxuya bilərlər.Azərbaycan mətbəxirubrikasında isə bu dəfə əcnəbi oxucular səbzi qovurmalı plovun hazırlanma qaydası ilə tanış olacaqlar.

Nəşrdə ənənəvi olaraq paytaxtın teatr konsert müəssisələrinin, kino nümayişi mərkəzlərinin aprel ayı üçün olan afişası oxucuların ixtiyarına verilib. Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Şəhər turuna çıxmaq istəyənlər üçün "Bakını "City sightseeng"lə kəşf edin" yazısı maraqlı olacaq. Həmçinin turizm agentləri, aviakassalar, hava yolları, şəhərdəki hotel, restoran, ticarət əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri s. kataloqda əksini tapıb.

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 16.