Bir eldə ki -

 

Səntək şair olmaya, o eli, o obanı, o xalqı...

 

...Yox, mən nə karəyəm ki, el-oba ünvanına nəsə deyəm, xalqa, millətə nəsə bir sərki edəm. Mən bu ali toplumları təhdid etmək haqqından xali bir bəndə kimi, sözügedən mətləblə ilgiliküfrümü, uzaq başı, Sənin bədii “nota”larından biri ilə ifadə edə bilərəm; “Bir evdə ki səntək gözəl olmaya, O evi dağıdıb, talamaq gərək”...

 

...Və bir oxucu ki... bu qədər işarə-işarətlərdən sonra söhbətin kimdən getdiyini bilməyə, onu Sənin “Sona cığası tək sərində teli, gül yarpağı tək ayağı, əli” kimi eşq atəşlərinə qalamaq gərək. Aşinaların duyğularını isə, bir daha, “Xumar-xumar baxmaq göz qaydasıdır, Lalətək qızarmaq üz qaydasıdır”, “Pərisi yanında olmayan adəm, Nə yaxşı sağ qalır, ölmür bu yerdə” sayaq bədii bahariyyə budaqlarını həyati yaşam ağaclarına calamaq gərək...

Sözə baxın; - “Nə yaxşı sağ qalır, ölmür bu yerdə?”!

Bu yerdə adamın fikrindən çox nəsnələr keçironlardan biribu ki, biz hər hansı sənət növünün ən yaxşı nümunəsilə birbaşa təmas anlarında ifrat müqayisələrə, hətta “sahəbazlığa” yol veririk. Az olubmu ki, hansısa melodiyanı dinlərkən musiqini, şedevr bir portretə baxarkən rəssamlığı, unikal ekran işinə tamaşa edərkən kinonu fetişləşdirmişik (lap bəndənizin Bethovenin “Tokkata”sına, da Vinçinin “Cakonda”sına, FellinininYoluna vurğunluğu kimi)! Ta o vaxtadək ki, əsasən, bu qulaq, gözseyr atributlarından fərqli olaraq, ruhumuz, qəlbimiz büsbütün könül həmdəmi olan gözəl poeziya nümunələrilə çulğaşır. Məsələn, “Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin?!”, “Füzuli dərd əlindən dağa çıxdı, Dedilər, bəxtəvər yaylağa çıxdı”, “Yazıq Aşıq Ələsgəri, Çəkməyə dara - xoş gəldin!”, “Sənsən padışahı, xanı Vaqifin, Əqli, huşu, din-imanı Vaqifin, Həsrətindən çıxdı canı Vaqifin...”

Hə, ritorik çıxmasın, bir dil ki hər gün Vaqifdən danışmaya, bir qələm ki hər il Vaqifdən yazmaya, o dili lallığa yazmaq, o qələmi həlləm-qəlləmliyə azdırmaq gərək! Təkrarsız Söz nəğməkarı, kəlmələrlə rəsm etdiyi gözəllərə bənzər fikirlər rəngkarı -

 

Vaqifdən!..

 

Hamıya bəllidir ki, bu şairin təxəllüs-adı “hər şeyi bilən”, “hər elmdən agah” mənasını verir. Onun, hələ gənc yaşlarında ikən dövrünün rəsmi-rəyasət adamlarının marağını, məşhur İbrahimxəlil və Cavad xanların xüsusi diqqətini münəccimliyilə cəlb etməsi isə yalnız ədəbiyyatşünaslara (və fəal oxuculara) məlumdur.

...Və bu münəccim səksən illik (1717-1797) bir “günəş ömrünsonda hansı “qüruba enəcəyindən xəbərsizmiş. “ gül yarpağıtək ayağı, əli” kimi bio-natürmortlar yaratmış, “O evi dağıdıb, talamaq gərək” qırımlı “hökm-fərma”lar vermiş bu vəzir-sənətkar özünün qətl günü elə yenə münəccimlikdən çox, mütəfəkkirlik edir. Fərraşlar onuoğlu Əli bəyi xanın yanına aparmağa gəldiklərini söyləyirlər. Yolda oğul atadan soruşanda ki, xan yuxarıda otura-otura bizi aşağı niyə aparırlar, ata ona - bəlkə də bütün keçmiş günahlarını yumağa bərabər bir cavab verir: “Bizi - çoxlarını göndərdiyimiz yerə aparırlar, oğul...”

Bu böyük sənət və siyasət adamının həyat, yaşam aləmini də, öz mütəhərrik-maraqlılığı baxımından, son dərəcə xəlqi və siyasi poeziyaya bənzətmək olar. Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda tam yeni tipli, son dərəcə realist şeirlər müəllifi olması, poeziyamızın gələcək inkişafına hədsiz təsir göstərməsi öz yerində, bu adamxalq - şair”, “şair - xalq” tandeminə daha heç zaman soyumayası bir temperatur verdi. Məktəb açıb, xalq övladlarına dini-dünyəvi dərslər veribMolla Pənah” adını aldı. Nəhayətdə - öz istedad, savad və fəhm-fərasətinə binaən “Hər oxuyan Molla Pənah olmazkimi zərb-məsəlimizə çevrildi...

Yuxarıda onun həyat-yaşam aləmini tək elə xəlqi yox, siyasi poeziyaya da bənzətdim.

 

Belə ki...

 

Qazax mahalının Salahlı kəndində doğulmuş, versiyalardan birinə görə, əcdadları Məhəmməd Füzulinin mənsub olduğu Bayat tayfasından olmuş Pənah babası Süleyman, atası Mehdi, anası Ağqızın böyük istək və çabaları sayəsində çox yaxşı təhsil alıbmış. Qazaxda tanınmış alim-müəllim Şəfi əfəndinin yanında oxumuş, fars və ərəb dillərini yaxşı bilən Pənah astronomiya, riyaziyyat, musiqipoetika sahəsində də geniş biliyə malikmiş. Əvvəlcə Qazaxda, sonra Qarabağ mədrəsəsində dərs demiş Molla Pənahın alimliyi haqqında xəbərlər vətən hüdudlarından uzaqlara yayılır. Tale onu Şuşaya köçürür. Burada məktəb açan Pənah az bir zamanda gözəl müəllim, istedadlı şair kimi tanınır, sədası Qarabağ hakimi İbrahimxəlil xana çatır və saraya dəvət edilir.

Xeyli həyati rəvayətlərə görə, Vaqifin münəccimlik fəhmindən, dərin ağıl və zəkasından heyrətə gələn İbrahimxəlil xan ona sarayda qalıb işləmək təklifi vermişdir. Yaxud, o hələ Gəncədə ikən bir şikayətçinin dilindən yazdığı ərizənin üslubuna hədsiz dərəcədə valeh olan Cavad xanın onu öz sarayına gətirtməsi (lakin İbrahimxəlil xanın təkidli xahişi ilə Qarabağa qayıtmasına icazə verməsi), Rusiya çarı Yekaterinanın “İbrahim xanın məktubları özünün ədəbiliyi və zərifliyilə İrandan və Türkiyədən gələn bütün məktubları üstələyir” deyə, öz dəftərxana rəhbərliyindən həmin məktubların müəllifinin kimliyini müəyyənləşdirməyi və onun səhhətilə maraqlanmağı xahiş etməsi, hələ də ikili (təəssüf!) münasibət bəslədiyimiz Ağa Məhəmməd Şah Qacar tərəfindən İbrahimxəlil xana gələn “Fələyin mancanağından bəla daşları yağır, sən isə əbləhcəsinə şüşə (Şuşa) içərisində oturmusan?” fikirli məktuba “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş icərisində də salamat saxlarkimi cavab verməsi və s.

Ömrünün son günlərinədək sarayda yaşayan, əvvəlcə eşik ağası, daha sonra baş vəzir kimi fəaliyyət göstərmiş Vaqif tariximizə bacarıqlı dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimidüşüb.

Əsərlərində saysız gözəllər yaradıb-vəsf etmiş Vaqif iki dəfə ailə qurub; Qızxanım və Mədinə adlarında xanımlarla. Sonuncudan bir oğlu (“Alim” təxəllüsüylə şeirlər yazan), iki qızı olub. Tez-tez şeirləşdiyi (müşairə) Molla Vəli Vidadi, 22 il Şəki xanı olmuş Hüseyn xan Müştaq və Ağqız oğlu Piri kimi şairlərlə möhkəm dostluq edib.

Keçək bu poeziya və mini-dövlət adamını bütün xalqın əbədi dostu etmiş var-dövlətinə.

 

Əlbəttə, poeziya!..

 

Ədəbiyyatşünasların, tənqidçilərin ümumi rəyinə istinadən deyim ki, xüsusi izahata, geniş şərhə ehtiyacı olan şeiri poeziya yox, xütbəsi oxunmuş elegiya hesab etmək gərək. Oxuyanda, eşidəndə hər biri göz önümüzdə qənirsiz gözəl teli kimi əsişən, qəlb zəmimizdə süsən-sünbül kimi titrəşən Vaqif misraları, Vaqif beytləri, Vaqif bəndləri də izafi izahat istəməz!

 

Doyunca zövq alaq nazü-qəmzədən,

Əndişə çəkməyək heç bir kimsədən,

Hər gecə də şirin-şirin, sübhətən

Eyləyək hekayət ikimiz belə...

* * *

Qərib-qərib durduq biganələrtək,

Soyuq-soyuq baxdıq divanələrtək.

Dönmədik başına pərvanələrtək,

Eşq oduna yanışmadıq, ayrıldıq!

* * *

Həyası üzündə, əqli başında,

Öldürə Vaqifi gözi-qaşında,

Ya on üç, ya on dörd, on beş yaşında,

ondan böyükrək, uşaq ola...

* * *

Evlərdə məst, başmaq satanı qoyma,

Çaxır içib sərxoş yatanı qoyma,

Özünəqardaşlıqtutanı qoyma,

Qonaq üçün çörək verəni saxla!

 

Ağqız oğlu Piri, sən məni əkmə,

Özgənin yurdunda o damı tikmə,

Qeyri gözəllərdən heç fikir çəkmə,

Sən elə o gözü çərəni saxla!

* * *

Duruban eşqilə güzar eylədim,

Bir pərinin oldum mehman evində.

Zərrəcə görmədim hörmət, izzətin,

Qaldım elə, peşman-peşman evində.

 

Şərq poeziyasının bütün klassik formalarından istifadə etmiş bu gözəl şairin digər janrlarda yazdığı şeirlərdən, xüsusilə çağdaş ərazi savaşımızda bizəçıxdaşmünasibətdə olan bəlli beynəlxalq aləmi ifadə edənGörmədim” (“Mən bu cahan mülkündə mütləq doğru halət görmədim”) motivlilərindən bir-iki nümunə verməyə imkan olmadığına görə, geniş bir -

 

P.S.

Bu dəqiqələrdə interneti izləməkdə olan həmkarım dedi ki, ordumuzun haqq mübarizəmizdəki qələbələrindən ruhlanmış mülki əhalimiz öz eyvanlarından üçrəngli bayraqlar asmağa başlayıb...

Bu olaydan xeyli kövrəldim ürəyimdən belə bir fikir keçdi: bəlkə bu xalqın hər bir üzvü zəfər müjdələrinə görə öz eyvanından 1, şəhidli eyvanlardan 2 bayraq assınlar?! Ki, hər birimiz o eyvanlara baxaraq keçirdiyimiz hiss duyğular vasitəsilə öz milli nəbzimizi daha dəqiq, daha qəlbən duya bilək...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 13.