Emosiyalar” müsabiqəsi başa çatıb

 

Aprelin 3-də Azərbaycan Fotoqraflar Birliyinin ənənəvi açıq qapı günü toplantısı keçirilib. Azərbaycan Milli QHT Forumunun ofisində təşkil edilən toplantıda birliyin mart ayında elan etdiyi "Emosiyalar" adlı müsabiqəyə yekun vurulub. Qeyd olunub ki, müsabiqəyə 17 fotoqraf 58 foto ilə qatılıb. Açıq səs çoxluğu ilə Mələk Mirzəyeva, Günel Məmmədova və Nikolay Şeqlov "Emosiyalar" aylıq müsabiqəsinin qalibləri seçiliblər. Fotoların müəllifləri diplomla təltif olunublar.

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 11.