İslam Manafov İstanbulda iki konsert verib

 

Türkiyədə yaşayan azərbaycanlı pianoçu İslam Manafov İstanbulda iki konsert proqramı ilə çıxış edib.

İfaçı Cemal Reşit Rey konsert salonunda özünün müəllifi olduğu üç ildir uğurla davam etdirdiyi "Uşaqlar gənclərlə musiqiyə yolçuluq" layihəsinin piano aləti, simfonik orkestr dirijor mövzulu konsert proqramını təqdim edib. Fulya Sənət Mərkəzində isə sənətçinin F.Şopenin 4 skertso 4 balladasından ibarət solo proqramla çıxışı olub.

Qeyd edək ki, İ.Manafovun bu ifalarından ibarət CD albomu yaxın zamanda musiqisevərlərə təqdim olunacaq.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 10.