ADMİU-nun tələbəsi Texasda festivalda çıxış edib

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin magistratura bölməsinin xanəndəlik ixtisası üzrə I kurs tələbəsi Aqil Süleymanov üzvü olduğuQarabağansamblı ilə birlikdə 15-20 mart tarixində ABŞ-ın Texas ştatında keçirilən beynəlxalq festivalda iştirak edib.

Texasın Austin şəhərində 1987-ci ildən etibarən ənənəvi olaraq təşkil olunan “South by South West” (SxSW) festivalına bu il 62 ölkədən iştirakçılar müraciət etsə , yalnız 27 qrup festivalda çıxış edib ki, onlardan biri Qarabağqrupudur.

Festivaldan öncə qruplar Texasda bir həftə ərzində daxili tanıtım konsertləri ilə çıxış ediblər. Qeyd edək ki, bu yaxınlardaQarabağqrupunun Texasda yeni albomu da işıq üzü görəcək. Ölkəmizi festivalda layiqincə təmsil edən Aqil Süleymanovun ixtisas müəllimi Xalq artisti Səkinə İsmayılovadır.

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 10.