Soydaşımız beynəlxalq festivalın mükafatını qazanıb

 

Martın 31-də Rumıniyada keçirilən beynəlxalq “Portretlər festivalı”nın nəticələri açıqlanıb. Ənənəvi festivalın builki mövzusu “Rumıniya şəxsiyyətləri” olub. Festivalda 50 ölkədən 1000-ə yaxın rəssam iştirak edib.

Sevindirici haldır ki, nəzərdə tutulan iki baş mükafatdan birini soydaşımız, rəssam Arif Həsənov qazanıb. Bu haqda qəzetimizə rəssam özü bildirib. A.Həsənov uzun illərdir kitab qrafikası sahəsində çalışır. O biri mükafatın sahibi isə rusiyalı rəssam Vladimir Zavyagin olub.

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 8.