Filmlərimiz Ekvador paytaxtında nümayiş olunub

 

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ekvador Respublikası Mədəniyyət və İrs Nazirliyininbu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə paytaxt Kitoda yerləşən FLACSO universitetində “Hökmdarın taleyi” bədii filminin təqdimatı keçirilib.

Tədbirdə ölkəmizin Braziliyadakı və Ekvadordakı səfiri Elnur Sultanov film haqqında məlumat verərək, ermənilərin tarixən Cənubi Qafqazda yaşamadıqlarını bildirib, onların XIX əsrdən başlayaraq əzəli Azərbaycan torpaqlarına köçürülməsinə dair tarixi faktlarbunun sonradan regionda yaratdığı fəsadlar barədə danışıb.

Səfirlikdən bildirilib ki, bundan əlavə, Kitonun Kino İnstitutunda Xocalı soyqırımına həsr edilmişDua” sənədli filmi təqdim olunub.

Təqdimatdan əvvəl çıxış edən səfir E.Sultanov Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzündən və 1992-ci il fevralın 26-da Xocalı şəhərində dinc soydaşlarımıza qarşı törədilmiş soyqırımı barəsində iştirakçılara məlumat verib.

Sonra diplomat ekvadorlu tamaşaçıların çoxsaylı suallarını cavablandırıb. Hər iki film yerli tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşaçılara ispan dilində müxtəlif materiallar təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 4.