“Təbəssüm” rəqs kollektivi beynəlxalq festivalda qızıl medal qazanıb

 

Şuşa şəhər Niyazi adına uşaq incəsənət məktəbinin “Təbəssüm” rəqs qrupu 1-3 aprel tarixində Gürcüstanın paytaxtı Tbilisidə Çobukiani adına 3-cü beynəlxalq rəqs festivalında iştirak edib. Festivala beş ölkədən iştirakçılar qatılıb. “Təbəssüm” qrupu öz çıxışları ilə hər kəsi heyran edib.

Festival üç nominasiya üzrə (modern rəqs, xoreoqrafiyaxalq rəqsi) və üç yaş qrupunda (9-12, 13-18 və 19-25 yaş) keçirilib. Birinci yaş qrupunda Leyli Murtuzəli “Tərəkəmə” rəqsini, ikinci yaş qrupunda Roza İsmayılova “Qavallı rəqsi” ifa edib. Onların çıxışı sürəkli alqışlarla qarşılanıb.

İkinci mərhələdə kollektiv rəqslər ifa olunub. “Təbəssüm” qrupu əvvəl “Nəlbəki”, sonra isə “Nazlana-nazlanaxalq rəqslərini təqdim edib. Tamaşaçılar ifaçılarımızı ayaq üstə alqışlayıb.

Nəticələr də bu alqışları təsdiqləyib. Hər iki solo ifaçımız festivalın laureatı olub və qızıl medala layiq görülüb. Kollektiv rəqsdə isə “Təbəssüm” qrupu xalq rəqsi nominasiyası üzrə qızıl medal qazanıb.

Kollektivin rəhbəri Əminə Musayeva və bədii rəhbər Rəşidə Məmmədovaya da festivalın hədiyyələri təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 8 aprel.- S. 9.