Mədəniyyət və turizm naziri Qətər və Küveytdə görüşlər keçirib

 

Qarşılıqlı mədəniyyət tədbirləri və turizm əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə aprelin 3-dən 6-dək QətərKüveyt dövlətlərində səfərdə olub.

Ötən sayımızda Qətərin paytaxtı Dohada Azərbaycanın turizm potensialının təqdimatı barədə məlumat vermişdik. Nümayəndə heyəti Dohada bir sıra görüşlər də keçirib.

 

Mədəniyyət və turizm naziriQatar Airways” şirkətinin rəhbərliyi ilə görüşüb. Görüşdə 25-27 aprel tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu üçün xüsusi aviareyslərin açılması ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, Azərbaycanın Qəbələ və Gəncə beynəlxalq hava limanlarından uçuşların həyata keçirilməsi, "Azərbaycan Hava Yolları" (AZAL) ilə birgə reyslərin təşkili imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem Al Əli ilə görüş zamanı tərəflər mədəniyyət və idman sahələrində əməkdaşlıq, əlaqələrin gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Əbülfəs Qarayev nazir həmkarına Bakıda keçiriləcək Qlobal Forum haqqında məlumat veribonu tədbirdə iştirak üçün dəvət edib. İki ölkədə qarşılıqlı mədəniyyət günlərinin, Qətərdə Azərbaycan kino günlərinin təşkili, teatr kollektivlərinin qarşılıqlı səfərlərinin təşkili, o cümlədən əl işləri sərgiləri, opera, musiqi, muğam sənəti ilə bağlı tədbirlərin keçirilməsi məsələləri nəzərdən keçirilib.

Görüş zamanı Azərbaycanın və Qətərin birinci xanımları arasında yüksək münasibətdən söz açılıb, həmçinin qeyd olunub ki, onların rəhbərlik etdiyi fondlar arasında hazırda bir neçə layihə həyata keçirilir.

Nazir Əbülfəs Qarayev Qətər İslam Muzeyini ziyarət etməsi barədə söhbət açıb, Azərbaycan Milli İncəsənət Muzeyinin bu muzeydə sərgilərinin açılması təklifini irəli sürüb. Eyni zamanda Azərbaycan Milli İncəsənət Muzeyində və ya Xalça Muzeyində Qətər İslam Muzeyinin sərgisinin təşkili də müzakirə olunub.

Qətərin mədəniyyət naziri Dohada keçiriləcək Azərbaycan mədəniyyət həftəsi çərçivəsində milli mətbəximizin təqdimatını planlaşdırdıqlarını bildirib.

Qeyd olunub ki, Azərbaycanın İSESCO Baş Konfransına sədrliyi çərçivəsində Doha ilə Bakının müəyyən tədbirlərə imza atması üçün imkanlar var. Bu vəsilə ilə xarici ölkələrin birində müştərək sərginin və ya konsertin təşkilinin məqsədəuyğun olduğu vurğulanıb.

2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları zamanı əməkdaşlıq məsələləri də söhbət zamanı müzakirə edilib.

Əbülfəs Qarayevin keçirdiyi növbəti görüş Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Jassim bin Məhəmməd Al-Tani ilə olub. Görüşdə Azərbaycanda mövcud olan turizm infrastrukturu və potensialı haqqında söhbət açılıb, iki ölkə arasında qarşılıqlı turist sayının artması istiqamətində görülməli işlər müzakirə edilib. Bu sahədə infotur və press-turların keçirilməsi təklif olunub. Qeyd olunub ki, qısa zaman müddətində tədbirlər planının hazırlanması üçün iki nazirlik arasında işçi qrup yaradılsın və turizm axınının artırılması məqsədilə təkliflər irəli sürülsün.

Nazir Azərbaycanın turizm imkanlarından bəhs edərkən sağlamlıq turizmi, qış turizmi haqqında ətraflı məlumat verib, “ŞahdağTurizm Mərkəzinin geniş imkanlarından söhbət açıb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində nazirliyin əməkdaşları ilə yanaşı, Azərbaycan Konqreslər Bürosu və “ŞahdağTurizm Mərkəzinin rəhbərləri və digər turizm sənayesi təmsilçiləri də yer alıb.

Dohada iki ölkənin turizm sənayesi nümayəndələrinin də görüşləri keçirilib, əməkdaşlıq memorandumları imzalanıb.

* * *

Nazir Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti 5-6 aprel tarixində Küveytin paytaxtı Əl-Küveyt şəhərində səfərdə olub.

Səfər zamanı Azərbaycanın turizm potensialının təqdimatı keçirilib. Təqdimatda Azərbaycan turizm imkanları nümayiş olunub, sağlamlıq, ovçuluq, qış turizm növləri ilə bağlı çap məhsulları paylanıb, reklam çarxları göstərilib. Nazir Əbülfəs Qarayev çıxışı zamanı qeyd edib ki, ölkəmiz Körfəz ölkələrindən gələn turistlərin sayının artmasında maraqlıdır.

Təqdimat mərasimindən sonra Əbülfəs Qarayev Küveytin informasiya naziriKüveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının sədri Şeyx Salman Sabah Salem əl-Humud əl-Sabah ilə görüşüb.

Görüşdə nazir küveytli turistlər üçün Azərbaycanın turizm potensialını təbliğ etmək baxımından media və mədəniyyət proqramlarının rolunu qeyd edib.

Öz növbəsində Küveyt naziri iki ölkə arasında təcrübə mübadiləsinin, eləcə də mədəniyyət və turizm sahəsində Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

Əbülfəs Qarayev Azərbaycanın Körfəz ölkələri ilə dərin əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib, ölkəmizin bu regiondan daha çox turist cəlb etmək niyyətində olduğunubunun üçün Azərbaycanın hava məkanının açıq olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası və Körfəz ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və təşviqi nazirliyin həyata keçirdiyi prioritet istiqamətlərdəndir.

Səfər Azərbaycanın Körfəz ölkələrindəki turizm nümayəndəliyi olanAtlantis Holidays” şirkətinin illik tədbirlər planına əsasən gerçəkləşib.

 

Mədəniyyət.- 2016.- 8 aprtel.- S. 5.