Görkəmli alim və dövlət xadimi

 

Aprelin 8-də Ağsu rayon Mərkəzi kitabxanasında görkəmli alim və tanınmış ictimai-siyasi xadim, akademik Vəli Axundovun 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə V.Axundovun həyat yolundan və fəaliyyətindən bəhs edilib.

Qeyd olunub ki, V.Axundov 1959-1969-cu illərdə Azərbaycana rəhbərlik edib, ölkəmizdə milli kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. O, eyni zamanda tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr verib, müxtəlif ordenmedallara layiq görülüb.

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 15.