Ölkəmizin turizm imkanları Pekində nümayiş olunur

 

Aprelin 12-də Çinin paytaxtı Pekində işə başlayan “COTTM-2016” beynəlxalq turizm sərgisində ölkəmiz də təmsil olunur. Sərgiyə Mədəniyyət və Turizm Nazirliyi, “Geo travel”, “The tour”, “Regea travel”, “AzTerra travelturizm şirkətləri və “Azərbaycan Hava Yolları”nın nümayəndələrindən ibarət heyət gedib.

Sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 39 kvadratmetr sahə icarəyə götürülüb və ziyarətçi və iştirakçılara paylanması üçün Çiningilis dillərində reklam-çap məhsulları ilə təmin olunub.

Mədəniyyət və Turizm Nazirliyiyerli turizm şirkətləri artıq beşinci dəfədir ki, Pekində keçirilən “COTTM” beynəlxalq turizm sərgisində iştirak edir. Bu il tədbirdə 60-dan çox ölkə təmsil olunur. Sərgi aprelin 14-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 9.