Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri

 

Dövlət Gənc Tamaşaçılar Teatrında yeni uşaq tamaşasının məşqlərinə start verilib. Maraqlı uşaq şeirlərinin müəllifi Simax Şeydanın “Tülkü, tülkü, tümbəki” pyesi əsasında hazırlanacaq tamaşaya teatrın gənc rejissoru Gülnar Hacıyeva quruluş verəcək.

Layihənin bədii rəhbəri Xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Tacəddin İmanovdur. Rollarda Zülfiyyə Alhüseynova, İradə Rəşidova, Aygün Fətullayeva, Nuranə Əhmədova, Natiq Fərzəliyev, Eldar İmanov, Elgün Yəhyayev, Eşqin Quliyev, Yusif Dadaşov, Elnur Əliyev, Elşən Şıxəliyev, Bəhram Həsənov, Anar Səfiyev və Aydın Dəmirov çıxış edəcəklər.

Tamaşa azyaşlı izləyicilərə birlik, dostluq, qəhrəmanlıq kimi nəcib xüsusiyyətləri aşılayır.

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 7.