Bakı  Xoreoqrafiya Akademiyasından sənət xəbərləri

 

Bakı Xoreoqrafiya Akademiyası Tbilisidə keçirilən Vaxtanq Çabukiani adına uşaq və yeniyetmələrin xoreoqrafiya sənəti üzrə III beynəlxalq festival-müsabiqəsində təmsil olunub.

Akademiyanın II kurs tələbəsi Fərid Kazakov (müəllim-repetitor Əməkdar artist Rimma İsgəndərova) festivalda italiyan bəstəkarı Tomaso AlbinonininAdajio” əsəri üzərində qurulan rəqslə müvəffəqiyyətlə çıxış edərək “Tamaşaçı rəğbəti” mükafatına layiq görülüb.

* * *

Tanınmış rusiyalı baletmeyster, Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının müəllimi Aleksandra Tixomirova aprelin 7-dən 9-dək Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib.

Ustad dərslərində maraqla iştirak edən tələbələr klassik rəqs sənətinin incəlikləri barədə geniş məlumat alıblar, onlara müxtəlif xoreoqrafik elementlər və nadir rəqs hərəkətləri nümayiş etdirilib. Qeyd edək ki, A.Tixomirova Belarus Akademik Böyük OperaBalet Teatrının quruluşçu baletmeysteridir.

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 5.