Fransa şəhərlərində Azərbaycan mədəniyyəti günləri

 

Fransanın Altkirş, EvianMontero şəhərlərində Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, bu ölkədəki səfirliyimizin, Paris Azərbaycan Evininbu şəhərlərin meriyalarının dəstəyi ilə mədəniyyətimizin təbliğ olunması istiqamətində silsilə tədbirlər keçirilib.

 

Tədbirlərdə Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin fotoları və rəssam Mehri Quliyevanın əsərlərindən ibarət sərgilər açılıb və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimiz nümayiş etdirilib.

Tədbirlərin açılış mərasimində Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel çıxış edərək ölkəmiz haqqında məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan J.F.Mansel Ermənistanın son günlər qoşunların təmas xəttində təxribat törətdiyini qeyd edərək, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsinin vacibliyini vurğulayıb. O, tolerant ölkə olan Azərbaycanın Fransa ilə yüksək əlaqələrindən və mədəniyyətimizin yaşadığı məmləkətdə daha geniş tanıdılması üçün rəhbərlik etdiyi assosiasiyanın fəaliyyətindən danışıb və fransızları Bakıya səfərə dəvət edib.

Ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycanın Dostları Assosiasiyasına və aidiyyəti şəhərlərin meriyalarına Azərbaycan mədəniyyətinin dost ölkə olan Fransada genişmiqyaslı təbliğinə görə təşəkkür edib. O, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ilielan edildiyini xatırladaraq, ölkəmizin çoxqütblü dünyaya və sivilizasiyalararası dialoqa verdiyi töhfələrdən danışıb, 25-27 apreldə Bakının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcəyini bildirib.

Altkirş şəhərinin meri Jan-Luk Reitzer, Evian merinin müavini Jozian LeiMontero şəhərinin meri İv Jego gələcəkdə belə tədbirlərin davam etdirilməsinin vacibliyinə toxunublar.

Azərbaycana həsr edilmiş sərgi yerli əhali tərəfindən yüksək dəyərləndirilib və milli rəqslərimiz böyük maraqla qarşılanıb. Tədbirlər zamanı Heydər Əliyev Fondunun Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinə dair nəşr etdirdiyi kitab və broşürlər iştirakçılara hədiyyə edilib.

 

Mədəniyyət.- 2016.- 15 aprel.- S. 16.