“Azərbaycan eposları” polyak dilində

 

Ölkəmizin Polşadakı səfirliyi tərəfindən “Azərbaycan eposları” seriyasından “Koroğlu”, “Oğuzxan” və “Azərbaycan folkloru” kitabları çap edilib. “Xalq hikmətləri” başlığı altında işıq üzü görən kitablar Diasporla İş üzrə Dövlət Komitəsi, VrotslavLodz universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində nəşr olunub.

Kitablar Polşanın mərkəzi universitet kitabxanalarına göndərilib. Son illər səfirlik tərəfindən Qarabağ münaqişəsi, ölkəmizin mədəniyyət, incəsənət mətbəxi haqqında polyak dilində 40-dan çox kitab çap olunub.

 

Mədəniyyət.- 2016.- 15 aprel.- S. 15.