ölüm” şagirdlərə nümayiş olunub

 

Dövlət Gənc Tamaşaçılar Teatrında bəşəri bəla olan narkotiklərlə mübarizə, “ ölümün cəmiyyət üçün fəsadlarına həsr olunmuş tədbir keçirilib. Tədbir teatrın Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və 129 saylı orta məktəblə birgə layihəsi əsasında gerçəkləşib.

 

Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq teatrda V.SiqarevinŞeytan ailəsi” əsəri əsasında “ ölüm” tamaşası səhnələşdirilib.

129 saylı məktəbin direktoru Esmira Quliyeva, Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşı Fərman Abdullayev, Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasihumanitar məsələlər şöbəsinin müdiri Əli AxundovDaxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovniki Tanrıverdi Aydınov çıxış edərək bu gün dünyanı narahat edən, cinayətkarlığın artmasına səbəb olan narkotik maddələr və onların gətirdiyi bəlalar haqqında danışıblar.

Sonra ölüm” tamaşası nümayiş etdirilib. Quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu olan tamaşada rolları Əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf DadaşovAnar Seyfullayev ifa ediblər.

Tədbirdə 129 saylı məktəbin müəllim və şagird heyəti, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.

 

Mədəniyyət.- 2016.- 15 aprel.- S. 5.