Azərbaycan - multikulturalizm məkanı

 

BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?

 

Jurnalist yazıları müsabiqəsinə yekun vuruldu

 

Aprelin 14-də Milli Kitabxanada Mədəniyyət və Turizm NazirliyiPrezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəy Fondunun (KİVDF) birgə təşkil etdiyi “Azərbaycan - multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

 

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Prezident İlham Əliyevin 10 yanvar 2016-cı il tarixli sərəncamı ilə bu il Azərbaycanda “Multikulturalizm ilielan edilib. Son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, forumların keçirildiyi məkan, mədəniyyətlərarası dialoq mərkəzi kimi dünyada tanınır. Bu yaxınlarda ölkəmiz daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. 25-27 aprel tarixində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək. Forumun Bakıda keçirilməsi barədə qərar 2014-cü il sentyabr ayının 26-da BMT Baş Assambleyasının 69-cu sessiyasında verilibbu ölkəmizə beynəlxalq birlik tərəfindən göstərilən etimad, ölkəmizdəki multikulturalizm mühitinə verilən qiymətdir.

Nazir qeyd etdi ki, forum ərəfəsində fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi də təsadüfi deyil. Müsabiqənin məqsədi respublikamızın multikulturalizm sahəsində çoxəsrlik uğurlu təcrübəsinin araşdırılması, bu məfhumun cəmiyyətdə təbliği, Bakıda keçiriləcək Qlobal Forumun ölkəmiz üçün əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır: “Biz bu yazılarla onu da bildirmək istəyirik ki, Azərbaycanın mövqeyi həm də bəşəriyyəti narahat edən problemlərin birgə müzakirəsini təşkil etmək, birgə çıxış yollarını tapmaqdır”.

Əbülfəs Qarayev onu da diqqətə çatdırdı ki, yaxın günlərdə “Multikulturalizm ili” Azərbaycana nə verdi?” mövzusunda yeni müsabiqə elan ediləcək və ilin sonuna kimi bu mövzuda yazılar müsabiqəyə təqdim edilə bilər.

 

 

 

 

 

 

 

Daha sonra Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna hazırlıqla bağlı iştirakçılara məlumat verən nazir bu mötəbər beynəlxalq tədbirin geniş işıqlandırılması üçün mətbuatın göstərdiyi təşəbbüsləri yüksək qiymətləndirdi.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirdi ki, müsabiqəyə yazıların qəbulu bu il martın 4-dən aprelin 12-dək davam edib. Müsabiqəyə 34 mətbuat orqanından 50 yazı təqdim olunub. Yazılar 3 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə 1-ci yerin qalibinə 1000, 2-ci yerin sahiblərinə (2 yer) 800, 3-cü yerə layiq görülənlərə (3 nəfər) 600 manat pul mükafatı verilir. Bundan başqa, 5 nəfər 200 manat məbləğində həvəsləndirici mükafata layiq görülüb.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov müsabiqənin aktuallığını diqqətə çatdırdı, ikinci müsabiqənin daha geniş məkan və media auditoriyasını əhatə etməsini arzuladı. Bildirdi ki, növbəti müsabiqə beynəlxalq səviyyədə təqdim edilsə, daha yaxşı nəticələr əldə etmək mümkün olarbu addımla biz beynəlxalq aləmin diqqətini Azərbaycana daha çox yönəldə bilərik.

Sonra mükafatlar sahiblərinə təqdim edildi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 15 aprel.- S. 3.