Çin və Azərbaycan kukla teatrları tarixindən söz açılıb

 

Aprelin 15-də Azərbaycan Dillər Universitetinin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə “Çinin və Azərbaycanın kukla teatrları: tarixmüasirlikmövzusunda bədii gecə keçirilib.

Mərkəzin müdiri, professor Rafiq Abbasov Çin kukla teatrının bənzərsiz adət-ənənələrindən danışıb, dünya teatr sənəti üçün əhəmiyyətini qeyd edib. Əməkdar artist Rəhman Rəhmanov Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının tarixi barədə danışıb.

ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Çin kukla teatrının tarixi, növ və üslubları barədə məlumat veriblər və məşhur süjetləri əsasında tamaşa göstəriblər.

 

Mədəniyyət.- 2016.- 20 aprel.- S. 15.