Mehmanxanaturizm şirkətlərinin nəzərinə

 

Şəhər turları yeni brend altında həyata keçirilir

 

2016-cı ilin 10 aprel tarixindən etibarən Bakı şəhərində avtobuslarla şəhər turunu təşkil edən “City Sightseeing” MMC öz fəaliyyətini dayandırıb. Aprelin 11-dən şəhər turunuBaku City Tour” adlı yeni brend altında Bakı Turizm İnformasiya Mərkəzi həyata keçirir. “Qədim və müasir Bakı” adlı marşrut əvvəlki “City Sightseeingmarşrutunu təkrar edirbu marşrutda yeniMercedes Benz” markalı 3 ikimərtəbəli və 3 “Mercedes Benzsprinter mikroavtobusları işləyəcək. Eyni zamanda sprinter avtobusları Heydər Əliyev adına Beynəlxalq Hava Limanına transfer, Bakı ətrafı (Qobustan, Qala, Yanardağ, Atəşgah) və respublikanın müxtəlif regionlarına qonaqların və turistlərin səyahətinin təşkili üçün şirkətlərin və mehmanxanaların sifarişi ilə istifadə oluna bilər.

“Baku City Tour”un əlaqə telefonları: (+994 12) 498 12 44, (+994 50) 365 40 21

 

Mədəniyyət.-  2016.- 20 aprel.- S. 9.