Ölkəmiz Bəhreyndə irs festivalında təmsil olunub

 

Bəhreyn Kralı Həməd bin İsa əl Xəlifənin himayəsi altında bu ölkənin Milli Muzeyində "Bizim Bəhreynin vokal dalğaları" adlı 24-cü İrs Festivalı keçirilib.

Ölkənin Mədəniyyət Əntiq Əşyaları Nazirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi festivalda xalq yaradıcılığı fəaliyyəti ilə məşğul olan ustaların əl işləri, dulusçuluq toxuculuq sənətinə aid eksponatlar, milli mətbəx içkilər, həmçinin azyaşlı uşaqların yaradıcılıq bacarıqları nümayiş etdirilib.

Tədbirdə kral ailəsinin üzvləri, yüksək səviyyəli dövlət adamları, Bəhreyndə akkreditə olunmuş səfirlər, xaricdən dəvət olunmuş qonaqlar iştirak ediblər.

Festivalda ölkəmizi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev Mədəniyyət Turizm Nazirliyinin İnformasiya ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi İsa Məmmədov təmsil edib.

Festival çərçivəsində Bəhreynin mədəniyyət əntiq əşyaları naziri Dünya İrsinin Ərəb regional mərkəzinin direktor müavini ilə görüş keçirilib muzeylərarası ikitərəfli əlaqələr qurulması barədə müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2016.- 20 aprel.- S. 7.