Ölkəmiz “Antalya Ekspo 2016”da milli pavilyonla təmsil olunur

 

Azərbaycan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisində milli pavilyonla təmsil olunur. Milli pavilyon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil edilib.

Açılış mərasimi aprelin 22-də keçiriləcək “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisinin fəlsəfəsiGələcək nəsillər üçün yaşıl bir dünya”, mövzusuÇiçək uşaq”, şüarı isəGələcəyi yaşıllaşdır”dır.

Azərbaycanın milli pavilyonunda ölkəmizin zəngin faunası, nadir biomüxtəlifliyi bağçılıq mədəniyyəti nümayiş etdirilir.

Oktyabrın 30-dək davam edəcək “Antalya Ekspoçərçivəsində bir sıra beynəlxalq konqres, toplantı seminarların təşkili planlaşdırılır. Sərgiyə 8 milyon ziyarətçinin gələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, “Eksposərgisi ilk dəfə 1851-ci ildə Londonda keçirilib. Dünyanın müxtəlif ölkələrində təşkil olunmuş bu sərgiyə Türkiyə ilk dəfə ev sahibliyi edir.

AzərbaycanEkspoÜmumdünya Sərgisində 2000-ci ildən iştirak edir. Ölkəmiz 2015-ci ildə Milanda keçirilənEksposərgisində ilk dəfə milli pavilyonla təmsil olunub.

 

Mədəniyyət.- 2016.- 22 aprel.- S. 16.