Turoperator və sağlamlıq turizmi təmsilçiləri Belarusda səfərdə olub

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Belarus Respublikası Prezidentinin İşlər İdarəsi yanında "Çentr Kurort" idarəsinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 12-17 aprel tarixində ölkəmizin turoperator və sağlamlıq turizmi təşkilatlarının nümayəndələrindən ibarət qrup Belarusda işgüzar infotur proqramında iştirak edib. Səfər zamanı Belarusun turopratorları və sanatoriya nümayəndələri ilə bir sıra görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri və eyni zamanda ikitərəfli turist mübadiləsi müzakirə olunub.

 

Mədəniyyət.- 2016.- 22 aprel.- S. 8.