"Günəş zindanda

 

Füzuli Dövlət Dram Teatrında yeni tamaşa

 

Füzuli Dövlət Dram Teatrında Cahangir Məmmədovun "Günəş zindanda” əsəri əsasında hazırlanan tamaşanın son məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.

Rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, Vüqar Babayev, İntizar Quliyeva, Qaçaq Qarayev, Sevinc Məmmədova, Əli Hüseynov, Sehran Xanlarov, Fatimə Səfərəliyeva, Elçin Məmmədov, Aygün Cəfərova, Əsmər İbrahimova, Firuzə Səfərəliyeva, Elşən Gözəlov çıxış edir. Səhnə əsəri yaxın günlərdə təqdim olunacaq.

 

Mədəniyyət.- 2016.- 22 aprel.- S. 7.