TeleskopBursada nümayiş olunub

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyədə Bursa 5-ci Beynəlxalq Teatr Festivalında iştirak edir. Bursa şəhəri Nilufər bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən festivalda kollektiv Xalq yazıçısı ElçininTeleskoppyesi əsasında hazırlanan eyniadlı tragikomediyanı nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Rusiyanın Xalq artisti Eduard Koçergin, geyim rəssamı Anna Koçergina, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçusu Zakir AğayevYelena Ağayevadır.

Rolları xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Füzuli Hüseynov, Kazım Abdullayev, Əjdər Həmidov, Sabir Məmmədov, Elxan Quliyev, Hicran Nəsirova, Aslan Şirinov, Münəvvər Əliyeva, Şəlalə Şahvələdqızı və başqaları oynayırlar.

“Yaşasın teatr, yaşasın sülh!” devizi altında keçirilən Bursa Beynəlxalq Teatr Festivalı Türkiyənin nüfuzlu festivallarından biri hesab olunur. Hər il festivalda Gürcüstan, Polşa, Estoniyabaşqa ölkələrdən teatr kollektivləri iştirak edir.

 

Mədəniyyət.- 2016.- 22 aprel.- S. 7.