Almaniyada Azərbaycan konsertləri

 

Azərbaycanın tanınmış musiqiçiləri - xalq artistləri, tarzən Ramiz Quliyev, qarmon ifaçısı Aftandil İsrafilov və Əməkdar artist, müğənni Yaqub Zurufçu Almaniyanın bir sıra şəhərlərində “Böyük Azərbaycan musiqisi” adlı geniş konsert proqramı ilə çıxış ediblər. Konsertlər Hamburq, KölnFrankfurtun konsert salonlarında baş tutub.

Anşlaqla keçən konsertlərdə Azərbaycan xalq mahnıları, klassik bəstəkarlarımızın romansları və muğamlarımız səsləndirilib. Ramiz QuliyevAftandil İsrafilovun solo çıxışları ilə bərabər, görkəmli tarzənin rəhbərliyi altında xalq çağlı alətləri ansamblının ifasında Azərbaycan musiqisinin rəngarəng nümunələri əcnəbi dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Tanınmış müğənni Yaqub Zurufçunun yubileyinə təsadüf edən konsertlərdə Almaniyada fəaliyyət göstərən “Daisi” rəqs ansamblı da iştirak edib.

 

Mədəniyyət.- 2016.- 22 aprel.- S. 5.