Xalça Muzeyində yanğın təhlükəsizliyi təlimi

 

Aprelin 20-də Azərbaycan Xalça Muzeyində yanğın hadisəsi zamanı insanların xilas olunması və yanğının söndürülməsi üzrə tədbirlər nümayiş etdirilib. Muzeyin yanğın avtomatika üzrə mütəxəssisi Vahid Muradov tərəfindən əyani olaraq OP-6 və OU-10 markalı yanğınsöndürmə vasitələrinin istifadə qaydaları nümayiş olunub. Tədbir fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili, yanğın təhlükəsizliyi və təlimlə bağlı müzakirələrin aparılması ilə başa çatıb.

 

Mədəniyyət.- 2016.- 22 aprel.- S. 5.