Nəsibə Zeynalovanın 100 illik yubileyinə həsr olunmuş tədbir

 

Aprelin 19-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində korifey sənətkar, Xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı ilk tədbir keçirilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov çıxış edərək sənətkarın ömür yolu və yaradıcılığından danışıb, aktrisanın 100 illiyi ilə bağlı ölkə Prezidentinin sərəncam imzaladığını diqqətə çatdırıb.

Sonra Nəsibə xanımla “Yuxu” filmində rol alan Əməkdar artist, teatrkino aktrisası Ayan Mirqasımova iştirakçılarla öz xatirələrini bölüşüb.

Əməkdar incəsənət xadimləri Rafiq Sadıxov, Aydın Kazımzadə, aktyor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlili, ssenaristaktyor Qasım Səfəroğlu çıxışlarında aktrisanın istər kinoda, istərsə də teatrda yaratdığı kiçik rolları belə yaddaqalan, baxımlı etmək bacarığına, istənilən obrazı tamaşaçıya yüksək səviyyədə təqdim edib və sevdirmək ustalığına malik olduğunu qeyd ediblər.

Sənətkarın Suraxanı rayon Heydər Əliyev Mərkəzində rəssam vəzifəsində çalışan Aynur Novruzova tərəfindən çəkilmiş portreti nəvəsi Nəsibə Əsgərovaya xatirə hədiyyəsi olaraq təqdim olunub.

Sonda Əməkdar artist Nailə Mirməmmədlinin müşayiəti ilə müğənnilər Günay HüseynovaAygün Abbaszadə “Qayınana” filmindən “Biz mehriban ailəyik” mahnısı ilə tədbirə xüsusi rəng qatıblar.

 

Mədəniyyət.- 2016.- 22 aprel.-  S. 4.