Qlobal Forumun ideyalar yarmarkası gənclər sərgisi

 

Tədbir çərçivəsində beynəlxalq fotomüsabiqənin qalibləri mükafatlandırılıb

 

Aprelin 25-də Bakı Konqres Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində ideyalar yarmarkası gənclər sərgisinin açılışı keçirildi.

Sərgidə müxtəlif ölkələrdən olan gənclər maraqlı ideya layihələrlə iştirak edirdilər. Həmçinin dünyanın müxtəlif ölkələrinin gənc rəssam fotoqraflarının əsərləri nümayiş olunurdu. Əsərlər dünyada sülhə çağırış, birgəyaşam mədəniyyətlərarası dialoqun gücləndirilməsinə həsr olunub.

Tədbirdə həmçininMədəniyyətlərarası dialoq gənclərin gözü iləmövzusunda beynəlxalq fotomüsabiqənin qalibləri mükafatlandırıldı.

Müsabiqə Mədəniyyət Turizm Gənclər İdman nazirlikləri tərəfindən birgə təşkil olunub.

Gənclər idman naziri Azad Rəhimov çıxış edərək bu cür mötəbər tədbirlərdə gənclərin iştirakını yüksək dəyərləndirdi. Bildirdi ki, müsabiqəyə 97 ölkədən 900-dək gənc fotolarını təqdim edib. Müsabiqənin keçirilməsinin məqsədi gənclər arasında mədəni müxtəliflik, tolerantlıq, qarşılıqlı anlaşma kimi dəyərlərin inkişaf etdirilməsi, mədəniyyətlər dinlərarası dialoqun təşviqidir.

Sonra fotomüsabiqənin qalibləri elan edildi. Müsabiqədə birinci yerə İspaniya, ikinci yerə Misir, üçüncü yerə isə Azərbaycan Pakistandan olan fotoqraflar layiq görüldü. Qaliblərə diplomlar təqdim olundu.

 

Mədəniyyət.- 2016.- 27 aprel.- S. 16.