Masallıda “Yaz festivalı”

 

Masallı Rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm, Təhsil şöbələri, Gənclər və İdman İdarəsi ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar vətənpərvərlik ruhundaYaz festivalı” keçirir. Mayın 5-dək davam edəcək festivalda yeniyetmə və gənc oğlan və qızlar musiqi alətlərində ifa, rəqs, rəsm, bədii qiraət üzrə öz istedadlarını nümayiş etdirirlər. Qaliblərə diplom və hədiyyələr təqdim olunacaq.

 

Mədəniyyət.- 2016.- 27 aprel.- S. 14.