İnsanların kitabla bayramlaşması sevindirici haldır

 

Bakıda növbəti dəfəOxu günükeçirildi

 

Aprelin 23-də paytaxtın Nəsimi rayonundakı Zorge parkında Mədəniyyət Turizm, Təhsil nazirlikləri, Nəsimi Rayon İcra Hakimiyyəti Hədəfnəşrlərinin təşkilatçılığı ilə ikinci dəfəOxu günükeçirildi.

 

Tədbirdə çıxış edən mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev oxucuları salamladı, kitabların həyatımızdakı mühüm rolundan söz açdı. Son illərdə gənclərdə mütaliəyə marağın artmasını yüksək qiymətləndirən Vaqif Əliyev Mədəniyyət Turizm Nazirliyi tərəfindən bu yöndə görülən işlərdən bəhs etdi. Bildirdi ki, mütəmadi olaraq keçirilən kitab sərgi-yarmarkaları, yeni kitabların nəşri oxucu kütləsinin maraqlarına yönəlib: “Oxu günü”ndə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatların, kitab ədəbiyyat klublarının bir araya gəlməsi, insanların kitabla bayramlaşması sevindirici haldır”.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, layihənin ideya müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov başqaları yeniyetmə gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımıza daxil olması üçün belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyətindən danışdılar.

Qeyd olundu ki, layihə gənclər arasında mütaliəyə diqqətin artırılması üçün nəzərdə tutulub. Layihənin hədəfi insanlarda oxu vərdişini inkişaf etdirmək, kitabla paylaşmağı bacarmaq kitabla həmsöhbət olmaqdır. Gəlin, birgə oxuyaq!” şüarı altında təşkil olunan layihənin əsas məqsədlərindən biri fəal oxucularla müəlliflərin təmasda olmasıdır.

Tədbir çərçivəsində Xalq yazıçısı Çingiz Abdullayevin, Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbasın kitablarının, türkiyəli yazar Ahmet Haldun TerzioğlununHədəfnəşriyyatında çapdan çıxmışTomris Xan şairə Zərəngiz Dəmirçi QayalınınXannəşriyyatında işıq üzü görənOğulkitabının təqdimatı, müəlliflərin oxucularla görüşü imza mərasimi keçirildi.

Oxu günü”ndə təşkil olunanƏsgərə kitabadlı aksiya da iştirakçıların marağına səbəb oldu. Bu aksiyada müəlliflərlə birgə oxucular da aldıqları bəzi kitabları əsgərlərə göndərilmək üçün müvafiq guşəyə təqdim etdilər.

Tədbirdə incəsənət ustaları musiqi məktəbləri, uşaq evlərinin yeniyetmə ifaçılarının konsert proqramı maraqla qarşılandı.

Maarifçi aksiyada layihənin həyata keçirilməsinə təşkilati dəstək verən Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu, Kitabevim.az mağazalar şəbəkəsi, “Baku-Bus” şirkəti, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, “Medika Hospital”, “Qlobal Karyeraİnstitutu, “ASAN KönüllüləriHədəfkursları bir çox idarə təşkilatların nümayəndələri iştirak edirdilər.

 

Lalə Azəri

 

Mədəniyyət- 2016.- 27 aprel.- S. 12.